Yanvarın 1-dən Yaponiyada baş verən silsilə zəlzələlərin qurbanlarının sayı 206 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın regional hakimiyyət orqanları məlumat dərc edib. 

52 nəfər hələ də itkin düşənlər siyahısındadır. Zəlzələdən zərər çəkmiş ərazilərin 28 minə yaxın sakini təxliyyə məntəqələrində qalmaqda davam edir.