Ekvadorda "Los Choneros" dəstəsinin lideri, “Fito” ləqəbli Xose Adolfo Macias Villamar Quayaquil həbsxanasından yoxa çıxmasından sonra ölkədə etirazlar və iğtişaşlar başlayıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki,  sözügedən həbsxanada təhlükəsizlik qüvvələri ilə məhbuslar arasında toqquşma olub. 

Hazırda ölkə ərazisində mafiya qruplaşmaları və polislər arasında da ciddi toqquşmalar gedir.  Bunun fonunda həbsxanadan gələn görüntülər  mediada gündəm yaradıb. 

Görüntülərdə üzü bağlı məhkumların onlarla təhlükəsizlik qüvvələrini girov götürməsi və onları amansızcasına qətlə  yetirməsi əks olunub.  

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət elan olunub. Ekvador hökumətinin məlumatına görə, indiyə kimi iğtişaşlarda 13 nəfər həyatını itirib. 

Gülayə Mecid