Ermənistanın Baş naziri Nikol Paşinyan ordu ilə bağlı müdafiə naziri Suren Papikyana göstərişlər verib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Paşinyan mühəndis-istehkam qurğularının təchiz edilməsini tapşırıb: "Kazarmaların tikintisi, ən müasir silah və hərbi texnikanın əlavə edilməsi, qoşunların döyüş qabiliyyətinin və nizam-intizamının gücləndirilməsi və hərbi qulluqçuların döyüş hazırlığının keyfiyyətinin yüksəldilməsi tapşırılıb".
Ağarza Elçinoğlu