Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Avtomobil 1982-ci il təvəllüdlü Behbudova Adilə Abbasəli qızını vurub.

O, Culfa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.