Oğuzda yıxılaraq xəsarət alan 50 yaşlı kişi xəstəxanada ölüb.
"Unikal" xəbər verir ki, Oğuz şəhər ərazisində 1974-cü il təvəllüdlü Rəsul İsrail oğlu Rəsulov yıxılaraq başını asfalta çırpıb.
Nəticədə ağır xəsarət alan 50 yaşlı R. Rəsulov Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o, axşam saatlarında xəstəxanada ölüb.
Seymur Əli