Futbol üzrə Türkiyə Kubokunun formatı dəyişdirilib.

"Unikal" xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Yeni format 2024/2025 mövsümündən tətbiq olunacaq.

Təsnifat və final mərhələləri bir oyundan ibarət olacaq. Qrup mərhələsində 24 klub mübarizə aparacaq. Onlar hərəsində 6 komanda olmaqla 4 qrupda yer alacaqlar. İlk iki yeri tutanlar 1/4 finala yüksələcəklər.

Növbəti mövsüm ölkəni avrokuboklarda təmsil edəcək 5 kollektiv birbaşa qrupda yer alacaq. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra iştirak hüququ əldə edəcəklər.