Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış növbəti oyun keçirilib.
"Unikal" xəbər verir ki, “Sivasspor” doğma meydanda "Qalatasaray"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda hesabı 45+1-ci dəqiqədə Kərəm Dəmirbay açıb. Meydan sahiblərinin heyətində isə 86-cı dəqiqədə Fode Koita fərqlənib. Qarşılaşmanın 90+7-ci dəqiqəsində Kərəm Aktürkoğlu qırmızı vərəqə alaraq "cim-bom"u azlıqda qoyub.
Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Qalatasaray" ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 50 xalla "Fənərbağça" rəhbərlik edir.