Azərbaycanda qış “transfer pəncərəsi” açılıb.

"Unikal" xəbər verir ki, klublar heyətlərinə cəlb etdikləri futbolçuları bu gündən etibarən qeydiyyatdan keçirə biləcəklər.

Qış “transfer pəncərəsi” fevralın 8-də, saat 23:59-da bağlanacaq. Komandaların yeni oyunçular almaq üçün 29 gün vaxtları olacaq.

Qeyd edək ki, 2023/2024 mövsümünün yay “transfer pəncərəsi” 2023-cü ilin 15 iyun - 5 sentyabr aralığında olub.