Yevlaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Yevlax şəhərində, "Mahir" aptek kimi tanınan ərazidəki dördyolda baş berib.  Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində  1973-cü il təvəllüdlü Məmmədov Şaiq Namaz oğlu və 1984-cü il təvəllüdlü Şəmiyev Eşqin Faiz oğlu müxtəlif bədən xəsarətləri alıb. Yevlax rayon sakini olan hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov