İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı zamanı Türkiyə ordusunun hərbiçisi şəhid olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Açıqlamada çavuş Səməd Aslanın əməliyyat bölgəsində terrorçuların hücumu nəticəsində şəhid olduğu, 1 əsgərin isə yaralandığı bildirilib.

Zərifə Nağıyeva