Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Tiqran Xaçatryan həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

O, bir sıra Ermənistan rəsmilərinin Rusiya sülhməramlılarını ittiham etməsini dekonstruktiv və reallığa uyğun olmayan adlandırıb: "Biz bu bəyanatlarla bağlı dəfələrlə Rusiya tərəfinin mövqeyini təqdim etmişik. Biz qeyd etdik ki, onlar ikitərəfli münasibətlərə ancaq yeni problemlər gətirir və təbii ki, nə ikitərəfli gündəliyin güclənməsinə, nə də regional problemlərin həllinə heç nəyi dəstəkləmirlər. Təəssüf ki, bu, yəqin ki, orada kiməsə fayda verir. Bunun Ermənistanda kiməsə xeyri var, yoxsa xaricdə kiməsə faydası var, bilmirəm. Həmin bəyanatları şərh edərkən deyim ki, bunlar məsuliyyətdən yayınmaq üçün faktları təhrif etmək cəhdləridir". 

Ağarza Elçinoğlu