Şabrandakı qəzada xəsarət alan 2003-cü il təvəllüdlü Təhməzova Nərmin Elnur qızı paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

"Unikal" xəbər verir ki, 21 yaşlı N.Təhməzovanın vəziyyətinin ağır olduğu bildirilir.

***13:10

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən avtoqəza baş verib.

"Unikal"ın məlumatına görə, "BMW" markalı minik avtomobili yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Cəfər Həsənov hadisə yerində aldığı xəsarətlərdən ölüb. Daha üç nəfər, Bakı şəhər sakinləri 2003-cü il təvəllüdlü Nərmin Elnur qızı Təhməzova, 1998-ci il təvəlludlü Qocayeva Leyla İsmayıl qızı və 2002-ci il təvəllüdlü Emin Sərdar oğlu Xudiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

C.Həsənovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca