Azərbaycanlı futbolçu Vüsal İsgəndərli "Boluspor"da debüt edib.
"Unikal" xəbər verir ki, o, Türkiyə 1-ci liqasında 18-ci turda "Adanaspor"a qarşı səfər matçında iştirak edib.
28 yaşlı oyunçu start heyətdə meydana daxil olub və 82-ci dəqiqədə əvəzlənib. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, V.İsgəndərli bu ay "Boluspor"la 1,5 illik müqavilə imzalayıb.