"Bayer" Bundesliqada məğlubiyyətsizlik seriyasını 17 oyuna çatdırıb.

"Unikal" xəbər verir ki, Leverkuzen təmsilçisi bu gün 17-ci turda səfərdə "Auqsburq"a 1:0 hesabı ilə qalib gəlib.

Komanda 17 oyundan 45 xal toplayaraq turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.