Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda hələ də məşqlərə qayıtmayan Kərim Benzema rəhbərliyin qərarı ilə mövsümün qalan hissəsinə hazırlıq məqsədilə Dubayda keçiriləcək olan təlim-məşq toplanışına çağırılmayacaq.
"Unikal" xəbər verir ki, informasiyanı "Tutto Mercato" yayıb.
Mənbənin məlumatına görə, ulduz futbolçunun adı siyahıya salınmayıb.
Fransalı forvard hələ yeni ildən əvvəl 3 məşq buraxmışdı. O, yeni il daxil olandan bəri heç bir məşqə qoşulmayıb.
Kərim Benzema mövsümün ilk hissəsində 20 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.