"Antalyaspor"un İsrail ordusuna dəstəyini bildirən yəhudi əsilli futbolçusu Saqiv Yehezkel Türkiyədən xaric edilib.

"Unikal" xəbər verir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya bununla bağlı “X” sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, futbolçu yerli vaxtla saat 17:15-də ölkəni tərk edib:

“Bir daha qeyd etmək istərdim ki, Türkiyə hər zaman bütün məzlumların və Fələstin xalqının yanındadır”, - o qeyd edib.

XXX

12:17

İsrailli futbolçu Saqiv Yehezkel Türkiyədə həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Məlumata görə, Yehezkel "Antalyaspor" - "Trabzonspor" oyununda qol vurduqdan sonra İsrailin Fələstinə hücumunu dəstəkləyən yazını göstərib. Bundan sonra futbolçu saxlanılıb.

O, sorğu-sual olunmaq üçün Ankaraya aparılıb.

Ağarza Elçinoğlu