Hazırda bir çox insanlar həyatlarını daha mənalı və xoşbəxt yaşamaq üçün müxtəlif yollar axtarırlar. Bəzi araşdırmalar göstərir ki, ən xoşbəxt insanların həyata keçirdikləri müəyyən qaydalar və vərdişlər onların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

“Unikal” ən xoşbəxt ölkələrdə insanların həyatlarında əməl etdikləri qaydaları təqdim edir:

Geyimə işıq reflektorlarının qoşulması


Finlandiyada qanun var ki, hər bir uşağın üst geyimində ən azı 3 işıq əks etdirici olmalıdır. Finlandiyanın Yol Təhlükəsizliyi Şurasının məlumatına görə, bu qayda sayəsində qəzalar 76 faiz azalıb. Reflektorlar həmçinin işıqlandırılan yerlərdə piyadaların görmə qabiliyyətini artırır, ona görə də finlər bu reflektorları dünyada ən ucuz sığorta hesab edirlər.

Soyuğa öyrəşmək

Skandinaviyalılar soyuq havanın faydalarını çox yaxşı bildiklərindən, qışda uşaq arabalarını yatan körpələri ilə birlikdə çöldə qoyurlar. Bəzi araşdırmalar göstərir ki, daha soyuq havalar bədən üçün bir çox fayda verə bilər, məsələn; Yuxu və iştahın keyfiyyətini yaxşılaşdıra və iltihabı azaltmağa kömək edə bilər. Soyuq havada çöldə gəzmək və ya duşunuzu soyuq su ilə bitirmək kimi üsullar da soyuğa alışmağınıza kömək edə bilər.

Ətraf-mühitə qayğı göstərmək


Skandinaviyalılar qaçmağa və ya gəzməyə getmələrindən asılı olmayaraq zibil toplamaq üçün həmişə çantaları özləri ilə aparırlar. Bu "hobbi plogging" adlanır və bu söz isveçcə "almaq" və "qaçmaq"  sözlərindən əmələ gəlib. Təbiətə kömək etmək göründüyündən daha asandır. Məsələn, evdə daha tez-tez bişirmək olar; bununla siz planetdəki plastik miqdarını azaltmağa kömək edə bilərsiniz.

Həyatı öncədən planlaşdırmaq

Skandinaviyada yaşayan birinin, ehtimal ki, öz cədvəlində bir il əvvələ qədər təyin edilmiş görüşləri var; Gələn ay baytar ziyarəti, 6 ay sonra diş həkimi ziyarəti, avqustda tətil. "Happiness Research" jurnalının araşdırmasına görə, vaxtınızı planlaşdırmaq həyat keyfiyyətinizi yaxşılaşdıra və stressi azalda bilər.

Aktiv həyat tərzinin olması

Gəzinti uşaqdan qocaya hər kəsin həyatının ayrılmaz hissəsidir. Məsələn, Norveçdə əhalinin 77 faizi öz sağlamlıqlarını əla hesab edir. Finlər isə yay aylarında formada qalmaq üçün Nordic Walking adlanan və xizək sürmədə istifadə edilən çubuqlarla yerimə üsulunu tətbiq edirlər.

Şəxsi məkanın qiymətləndirilməsi


Təklik; Bu, fikrinizi yenidən işə salmaq və istirahətinizə kömək etmək, konsentrasiyanızı və məhsuldarlığınızı artırmaq, özünüz haqqında daha çox öyrənmək və hətta ətrafınızla münasibətlərinizi yaxşılaşdırmaq kimi bir çox şey üçün yaxşıdır. Özünüzə vaxt ayırmaq üçün ailənizdən yarım saat tez oyanmağa cəhd edə və bu vaxtı özünüzə ayıra bilərsiniz.

İşi evə gətirməmək

Əgər şirkət səhər saat 8-dən axşam 16:45-ə kimi işləyirsə və nahar 45 dəqiqə davam edirsə, bu iş yeri Skandinaviya ölkələrindən birindədir. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) məlumatlarına görə, norveçlilərin yalnız 2,9 faizi iş vaxtından artıq işləyir. İş vaxtından artıq işləməyənlər isə qalan vaxtlarını (təxminən 16 saat) ailələri ilə vaxt keçirmək, hobbiləri ilə məşğul olmaq və istirahət etməklə keçirirlər.

Rezin çəkmələr geyinmək


Finlər, isveçlər və norveçlər gündəlik həyatlarında rezin çəkmələrə üstünlük verirlər. Böyük gölməçələrdən qorunmaq, ayağınızı tərlətməyəcək və soyuğa girməyəcək şəkildə istehsal edilməsi kimi səbəblər onları bu çəkmələrə üstünlük verir.

Zərifə Nağıyeva