Futbol üzrə Qana milli komandasının baş məşqçisi Kris Hyuton azarkeşin hücumuna məruz qalıb.
"Unikal" xəbər verir ki, xoşagəlməz hadisə Afrika Millətlər Kubokunun B qrupunda Kabo-Verde ilə keçirilmiş oyundan sonra baş verib.
Yığmanın 1:2 hesablı məğlubiyyəti ilə barışmayan qanalı fanatlardan biri komandanın qaldığı hotelin qarşısında 66 yaşlı çalışdırıcıya hücum çəkib.
Mühafizəçilər vaxtında müdaxilə edərək insidentin böyüməsinin qarşısını alıblar. Polislər hadisəni törədən şəxsi saxlayıblar.