Mövsümün ikinci yarısına Bakıda hazırlaşan “Qarabağ” yoxlama oyununda “Zirə” ilə qarşılaşıb.
"Unikal" xəbər verir ki, “Azersun Arena”da baş tutan görüş “köhlən atlar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.
Komandalar ikisi 45, digər ikisi isə 25 dəqiqədən ibarət olan dörd hissə oynayıblar.
Ağdam təmsilçisinin heyətində qolları Leandro Andrade, Riçard Almeyda, Redon Cica və Nəriman Axundzadə vurublar.
Qeyd edək ki, “Zirə” qış fasiləsindən sonra ilk matçını yanvarın 22-də Premyer Liqanın XIX turu çərçivəsində “Səbail”ə, “Qarabağ” isə yanvarın 23-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.