Yəmən Qəzzada əhalinin soyqırımı bitənə qədər Qırmızı dənizdə İsrailə qida və yanacaq daşıyan gəmilərə hücumlarını davam etdirəcək.

"Unikal" xəbər verir ki,  bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan hindistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

"Yəmənin yüksək rütbəli rəsmiləri bizi dəniz təhlükəsizliyini pozmayacaqlarına əmin ediblər. Onlar həmçinin bildiriblər ki, Qəzza müharibəsində soyqırım davam etdikcə İsrail gəmilərini və ya Tel-Əvivə gedən gəmiləri blokadaya alacaqlar", -Abdullahiyan bildirib.