Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb. 

FHN-dən "Unikal"a verilən məlumata görə, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. 

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 21:39

Bu gün Binəqədi rayonunda baş verən partlayışda nəticəsində həlak olan daha bir nəfərin meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, yeddinci şəxsin (qadın) cəsədi 21.30 radələrində aşkarlanıb.

Ağarza Elçinoğlu