Azərbaycanlı "qanuni oğru" Ülfət Tağıyevin (Rufo Gəncinski) ən yaxın silahdaşı Elçin Saatlinski saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, "qanuni oğru" Elçin Saatlinski sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanılıb və hazırda istintaq təcridxanasındadır. Həmçinin, onun üzərindən 3 kq metamfetamin götürülüb.
Məlumata görə, Saatlinski 2020-ci ildə "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) qətlində, o cümlədən, 2023-cü ildə isə o, "Lotu Quli"nin bacısı oğlu Maqomed Qurbanova qarşı sui-qəsddə əli olub. "Lotu Quli"nin bacısı oğluna sui-qəsd sentyabrın 19-da İstanbulda baş verib. Maqomed Kurbanov Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları olan iki mühafizəçisi ilə hərəkət edərkən ona atəş açılıb. Onların mühafizəçilərindən biri öldürülüb, digəri isə yaralanıb. Daha sonra polis hadisəni törədənin qatilin Xava, ona göstəriş verənlərin isə Rufo və Zaur Əhmədov olduğunu bildiriblər.
Hadisədən sonra Rufo Misirə qaçıb. Xava isə Moskvada gizlənib, 2024-cü il yanvarın 2-də Moskva vilayətində onun həyatına qəsd edilib, onun arxasında "Lotu Quli"nin qardaşı Namiq Səlifov olduğu bildirilir.
Gülayə Mecid