Koroğlu metrostansiyası yaxınlığında baş vermiş qəzada 4 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilri.
Bildirilib ki, “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq bardürə çırpılıb və əks hərəkət istiqamətinə çıxaraq aşıb.
Bu zaman avtomobil öz yolu ilə gedən “Vaz 21015” markalı avtomobilə çırpılaraq onu da aşırıb.
Həmçinin “Chevrolet” və “Mitsubishi” markalı daha iki minik avtomobilinə ziyan vurub.
Qeyd edək ki, qəzada yaralanan 4 nəfər “Vaz 21015”də olan şəxslər olub.
*** 14:16
Heydər Əliyev prospekti, əsas yolda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, qəza səbəbindən hazırda metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.