Bu gün Joze Mourinyonu istefaya göndərən "Roma" artıq yeni baş məşqçi tapıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, komanda keçmiş yarımmüdafiəçi Daniele De Rossiyə tapşırılacaq.   De Rossi ən az bu mövsümün sonuna kimi A seriyası təmsilçisinə rəhbərlik edəcək.

De Rossi 2002-2019-cu illərdə "Roma"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 616 matça çıxıb, 63 qol vurub və 60 qolun ötürməsini verib. De Rossi karyerası ərzində yalnız SPAL-a (İtaliya) baş məşqçilik edib.

Əlavə edək ki, "Roma" A seriyasının 20 turundan sonra 29 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.