Biz İran xalqının hüquqlarını pozan istənilən addıma qətiyyətlə cavab verəcəyik. 

"Unikal" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri, general Məhəmməd Rza Aştiani deyib.

O qeyd edib ki, İran həm Qərbdən, həm də Şərqdən gələn təhdidlərə göz yummayacaq. 

"Bu reaksiya sərt və həlledici olacaq. İran bütün ölkələrin, xüsusən də qonşularının hüquqlarına, maraqlarına və ərazi bütövlüyünə hörmət edir, lakin biz sərhədlərimizdə təxribat törədənlərlə mütləq mübarizə aparacağıq. Rusiya İranın təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəyinə söz verib. Rusiya Federasiyasının müdafiə naziri ilə telefon danışığım oldu, o, bunu təsdiqlədi.  Qərara alınıb ki, Xarici İşlər Nazirliyi anlaşma memorandumunda Rusiyanın təhlükəsizliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzlə bağlı məsələlərə tam hörmətlə yanaşacağını imzalayacaqlarını nəzərə alsın”, - iranlı nazir bildirib.

Gülayə Mecid