Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn seçkilərdə Rusiya Federasiyasının prezidentliyinə namizəd kimi ilk dəfə seçki qərargahına gedib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, orada Putin könüllülər və qərargahın həmsədrləri ilə söhbət aparıb. qərargahın işi ilə tanış olub. 

Qeyd edək ki, Putin namizəd kimi qeydiyyatdan keçmək üçün o, hər bölgədə 7,5 mindən çox olmamaq şərtilə 300 min imza toplamalıdır.

Artıq ölkə üzrə Putini dəstəkləyən 2,5 milyondan çox imza toplanıb. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına imzaların təqdim edilməsi üçün son tarix yanvarın 31-dir.

Prezidentliyə namizəd kimi Putinin qərargahı dekabrın 21-də işə başlayıb.

Nuranə Abbasova