Bişkek məhkəməsi bir neçə Qırğızıstan nəşrinin 11 jurnalistini, o cümlədən "Temirov Live" və "Ait Ait Dese" portalının direktoru Mahabat Tacibek qızını iki ay müddətinə həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə 24.kg xəbər agentliyi məlumat yayıb.

Həbs edilənlər arasında “Temirov Live”, “Ait Ait Dese”, “PolitKlinika” və “Archa Media”nın keçmiş və indiki əməkdaşları da var.

Yanvarın 16-da Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, təhlükəsizlik qüvvələri bir neçə KİV əməkdaşlarının ofislərində və evlərində axtarışlar aparır. Bildirilib ki, 2023-cü il dekabrın 30-da bir neçə onlayn nəşrin sosial şəbəkələrində kütləvi iğtişaşlara çağırışlar aşkarlanıb.

Nuranə Abbasova