"Dörd nəfərin ölümü ilə nəticələnən İranın İraq ərazisinə endirdiyi zərbələr Tehranla təhlükəsizlik razılaşmasının dayandırılmasına səbəb ola bilər".

"Unikal" xəbər verir ki, bunu İraqın müdafiə naziri Sabet əl-Abbasi çərşənbə günü Əl-Ərəbiyyə televiziyasına bildirib. Onun sözlərinə görə, İranın İraqa qarşı hərəkətləri qəbuledilməzdir və regional sabitliyi pozur, belə siyasət nəticələrə gətirib çıxara bilər.

“İranın Kürdüstanı bombalaması pislənilir və qəti şəkildə rədd edilir. Bu hücumlar dayandırıla bilən İranla təhlükəsizlik sazişinə ziddir”, - deyə əl-Abbasi bildirib.

Qeyd olunur ki, İran hərbi gücə əl atmaqdansa, ölkədəki casus hücrələri məsələsini həll etmək üçün İraq hakimiyyətinə müraciət edə bilər.