“Xarici yardım olmasaydı, ciddi problemlər yaşayardıq. Sursat yetərli deyil, hava hücumundan müdafiədə zəif olacağıq.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelenski Davosdakı çıxışında bildirib.

"Ukrayna prezidenti Volodimir Zelenski, "(Rusiyanın) dondurulmuş 300 milyard dolları Ukraynada dağıdılanları bərpa etmək üçün istifadə edilməlidir. Bu aktivlər mövcud olduğu halda, biz niyə Ukraynanı dəstəkləmək üçün başqa mənbə axtarmalıyıq?" deyə Zelenski qeyd edib.

Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində xarici media nümayəndələri ilə görüşüb və döyüş meydanındakı son vəziyyəti dəyərləndirib.

Qərb ölkələrinin təklif etdiyi hava hücumundan müdafiə sistemləri sayəsində bu qış ölkəsində enerji böhranının yaşanmadığını bildirən Zelenskinin sözlərinə görə, “Yardım kəsilərsə, bütün dünyanı bürüyəcək böyük böhrana qapı açılacaq. Rusiyanın Ukraynanı ələ keçirmək şansı var. Avropanın təhlükəsizliyi sarsılır. “NATO ilə Rusiya arasında müharibə başlayır.

Ukrayna müharibəsi başladıqdan sonra Qərb dövlətləri tərəfindən ələ keçirilən Rusiya aktivlərinin Ukraynaya verilməsi lazım olduğunu müdafiə edən Zelenski, “Niyə Rusiya bu gün müharibənin bahasını kifayət qədər hiss etmir? Çünki Qərbin Ukrayna ilə bağlı bütün qərarlarında gecikmələr var. Lakin dondurulmuş 300 milyard dollarlıq aktivlər sayəsində biz müharibənin Rusiya üçün xərcini artıra bilərik”.

Ukrayna və Dünya Bankının müharibənin dəyəri ilə bağlı birgə araşdırma apardığını xatırladan Zelenski deyib:

"Müharibə başlayandan bəri Ukraynaya dəyən ziyan 700 milyard dollara çatıb. Bu rəqəm hətta işğal olunmuş ərazilərimizdəki vəziyyəti də əhatə etmir. (Rusiyanın) dondurulmuş 300 milyard dolları Ukraynada dağıdılanları bərpa etmək üçün istifadə edilməlidir. Bu aktivlər mövcuddur. Ukrayna niyə dəstək üçün başqa mənbə axtarır?