Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyanı onun xahişi ilə qəbul edib.

"Unikal" Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyət ətraflı müzakirə olunub.

Rusiya tərəfi Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış sazişlər kompleksi əsasında üçtərəfli işin tez bir zamanda bərpa edilməsinin təcili zəruriliyini vurğulayıb.