İran İslam İnqilabi Keşikçikəri Korpusunun (SEPAH) polkovniki İran-Pakistan sərhədi yaxınlığında öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
SEPAH-ın Səravan korpusunun hərbçisi, polkovnik Hüseynəli Cavidanfər silahlı şəxslər tərəfindən Xaş-Zahidan yolunda güllələnib.
Hadisənin detalları araşdırılır.