Sabah, yanvarın 18-də Qasım-Jomart Tokayev İtaliya prezidenti Sercio Mattarella və baş nazir Giorgia Meloni ilə danışıqlar aparacaq.

"Unikal" xəbər verir ki, Qazaxıstan prezidenti İyaliyaya səfər edib.

Roma hava limanında Qazaxıstan prezidentini İtaliyanın müdafiə naziri Qido Krosetto və Roma Papasının nümayəndəsi Françesko Kanalini qarşılayıblar. Enişdə fəxri qarovul dəstəsinin rotası düzülmüşdü.

Həmin gün dövlət başçısı “Qazaxıstan-İtaliya” investisiya dəyirmi masasında iştirak edəcək və İtaliyanın iri şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Yanvarın 19-da Qazaxıstan liderinin Vatikanda Papa Fransisklə görüşü olacaq.