İrəvanda Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyanın xidməti avtomobili qarət edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənstan KİV-i məlumat yayıb.

27 yaşlı İrəvan sakini Artur Xaçatryan Ermənistan Daxili İşlər Nazirliyinin Nor Nork polis idarəsi ilə əlaqə saxlayıb və quldurluq barədə məlumat verib.

Onun sözlərinə görə, yanvarın 14-15-də naməlum şəxs idarə etdiyi “Toyota” markalı avtomobilin yan güzgülərini oğurlayıb. Oğru avtomobilin şüşəsinə Telegram ünvanı qoyub. Oğurluq nəticəsində 200 min dram (təxminən 470 ABŞ dolları) məbləğində ziyan dəyib.

Faktla bağlı polis idarəsində sənədlər tərtib edilərək Ermənistan İstintaq Komitəsinə təhvil verilib.

Bildirilir ki, sözügedən “Toyota” Ermənistan hökumətinin balansındadır və yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyana xidmət edir, Artur Xaçatryan isə nazirin sürücüsüdür.