ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin təyyarəsinin qəzaya uğradığını, nəticədə amerikalı diplomatın Sürixdən uça bilmədiyini təsdiqləyib.
"Unikal"
xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Blinken üçün ehtiyat təyyarə göndərib.

"Mexanik problem var idi, mən bunun mahiyyətini bilmirəm. Amma o, Sürixdədir... Biz hələ də onun bu gecə qayıtmasını gözləyirik, lakin əvvəlcə planlaşdırılandan bir neçə saat sonra", - Miller deyib.

Bundan əlavə, Millerin qeyd etdiyi kimi, təyyarənin sıradan çıxması dövlət katibinin planlarına təsir etməyib.