Hindistan sakini Anqrez Sinqx sevgilisinin yerinə imtahan vermək üçün qadın qiyafəsinə girib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, roluna diqqətlə hazırlaşan gənc oğlan qadın paltarı, parik və papaqdan istifadə edib, dodaqlarını boyayıb. 

Bundan əlavə, onun yanında sevgilisinin adına saxta sənədlər də olub.

Əvvəlcə hər şey qaydasında getsə də, sonradan müəllimlər şübhələnərək polisə müraciət ediblər.

Angrezin barmaq izləri onun aktyorluq məharətinin üstündən xətt çəkib. Belə ki, barmaq izləri onu ələ verib və qız olmadığı anlaşılıb.

Onu hazırda sənədləri saxtalaşdırdığına görə, cəza gözləyir.