Rusiya səfirliyi Mərkəzi Afrika Respublikasında Rusiya hərbi bazasının yaradılması üçün yer axtarışını elan edib  və belə planlar barədə məlumatı təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə RBC telekanalı məlumat yayıb.

“Mərkəzi Afrika Respublikasında hərbi baza yaradılması məsələsi iki ölkənin Müdafiə Nazirliyi arasında müzakirə olunur. Rusiya hərbçilərinin gələcək yeri seçilir”, - Rusiya diplomatik missiyası bildirib.

Səfirlik əlavə edib ki, indiki mərhələdə Rusiya kontingentinin Mərkəzi Afrika Respublikasına gəlişi vaxtı və onun sayı yekun olaraq müəyyən edilməyib.