İranın Saravan şəhərində Pakistanın raket hücumu nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. 

***08:59

Pakistan İranın Sistan-Bəlucistan bölgəsindəki “terror hədəflərinə” hücum edib. 

"Unikal" xəbər verir ki, İran administrasiyasından verilən açıqlamada Seravan şəhərinə edilən hücumlarda 3 qadın və 4 uşağın həyatını itirib.

Hücum İranın Pakistandakı yaraqlı qrup Ceyş əl-Ədl təşkilatını raketlərlə hədəf almasından və 2 uşağın həyatını itirməsindən sonra baş verib.

***08:49

Pakistan İrandakı "anti-Pakistan qruplarına" zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb.

Bildirilir ki, İranın Pakistanla sərhədində yerləşən Saravan, Sistan və Bəlucistan əyalətinin bir neçə bölgəsində silsilə partlayışlar eşidilib. Mərmilər separatçı Bəlucistan Azadlıq Ordusunun ərazilərinə düşüb

Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti İran ərazisinə endirdiyi zərbələri təsdiqləyib.  Diplomatik departament qeyd edib ki, hərbçilər “terrorçuların sığınacaqlarını” hədəfə alıblar.

Gülayə Mecid