Pekin Kiyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda (DİF)  Ukrayna prezidenti Volodimir Zelenski ilə Çinin baş naziri Li Qianq arasında görüş keçirmək istəyini rədd edib və bu, Ukrayna hakimiyyəti üçün əsl zərbə olub.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Ukrayna rəhbərliyi bu həftə İsveçrədə Çin rəsmiləri ilə görüşmək istəyini gizlətmir, lakin prezident Volodimir Zelenski çoxdan gözlənilən görüşü təmin etmədən evinə gedib. Bu, Kiyev üçün zərbə oldu", - məqalədə deyilir.

Bildirilir ki, Çin nümayəndə heyətinin qərarı bilərəkdən istəksizliklə əsaslandırılır.

Gülayə Mecid