Kiyevin nəzarəti altında olan Xerson məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin 150-dən çox dəniz piyadasını Dneprdən keçməkdən və sol sahilə enməkdən imtina etdiklərinə görə həbs edib.

"Unikal" xəbər verir ki,  bu barədə "RİA Novosti" həbs edilən hərbçilərdən birinin həyat yoldaşına istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, əri və digər əsgərlər komandanlığın əmrinə tabe olmaqdan imtina etdikləri üçün saxlanılıb. Həmçinin, əsgərlər sursat və ərzaq çatışmazlığından rəhbərliyə şikayət ediblər. 

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin 3 əsgəri Dneprdən keçərək Rusiya Silahlı Qüvvələrinə təslim olublar.

Gülayə Mecid