Pakistan Hərbi Hava Qüvvələri İrandakı “anti-Pakistan qrupları”na raket zərbələri endirərkən İslam Respublikasının hava məkanına daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" Pakistan kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb .
Bildirilir ki, Pakistan təyyarələri hücumlardan sonra İran hava məkanını tərk edib. Əməliyyatda neçə döyüşçünün iştirak etdiyi açıqlanmır.
Yanvarın 18-nə keçən gecə Pakistan İranın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Seravan bölgəsində “anti-Pakistan qrupları”na zərbələr endirib.
Gülayə Mecid