"Amerikanın hazırkı lideri Co Baydenə hətta şirniyyat mağazasını idarə etmək də etibar edilə bilməz".
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.
“Şirniyyat mağazanız olsaydı, onu idarə etmək üçün Co Baydenə etibar edərdinizmi? Cavab belədir: heç kim ona güvənmir və o, ölkəni idarə edir, guya Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin ilə danışıqlar aparır”, - Tramp ifadə edib.
Tramp həmçinin qeyd edib ki, Baydenin siyasəti ucbatından ABŞ-nin 1929-1939-cu illərdə Böyük Depressiya zamanı olduğu kimi iqtisadi böhranla üzləşəcəyindən qorxur.
Gülayə Mecid