Tehran Pakistan Hərbi Hava Qüvvələrinin İrandakı hədəflərə raket hücumları ilə bağlı İslamabaddan izahat tələb edib.

"Unikal" xəbər verir ki, bu barədə İranın təhlükəsizlik qüvvələrinin nümayəndəsi "Press TV"yə məlumat verib.

“İran Sistan və Bəlucistan əyalətinin sərhəd kəndinə həyata keçirdiyi raket hücumları ilə bağlı Pakistandan dərhal izahat tələb edib”, - KİV yazıb. 

Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Pakistan hərbçiləri antiterror əməliyyatı keçirib, bu əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirilib. Regional hakimiyyət orqanlarının məlumatına görə, Pakistanın hücumu nəticəsində üç qadın və dörd uşaq həlak olub, onların hamısı əcnəbi olub.

Gülayə Mecid