"Bakı-Qazax-İcevan-Dilican xətti müzakirə olunmalıdır". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Artsvik Minasyan deyib. 

O, Meğri dəmir yolu xəttinin əleyhinə çıxıb: "Yolun 320 kilometrinin Ermənistanın yurisdiksiyasında olacağı Bakı-Qazax-İcevan-Dilican xətti müzakirə olunmalıdır. Bu halda heç bir qərar birtərəfli qaydada heç bir tərəfdən qəbul edilə bilməz və digər tərəfə təsir göstərə bilməz".

Deputatın sözlərinə görə, bu gün müzakirə olunan variant Ermənistan tərəfinə ən yaxşı halda 45 km-ə qədər, Azərbaycan tərəfinə isə 650-700 km-ə qədər yol verəcək.

Minasyan onu da qeyd edib ki, delimitasiya və demarkasiya proseslərində sərhəd kəndlərində minimal təhlükəsizlik şəraitinin yaradılması vacibdir. 

Ağarza Elçinoğlu