“Əgər biz ölkələrin ərazi bütövlüyünün pozula biləcəyi ilə razılaşmağa başlasaq, dünyada xaos yaradacağıq”.

"Unikal" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

O, ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.

Dünya təşkilatı rəhbərinin sözlərinə görə, dünyada bir çox ölkələr var ki, onların başqa dövlətlərin ərazisi ilə bağlı ambisiyaları ola bilər.

“O qədər vəziyyət var ki, azlıqlar nə vaxtsa başqa ölkəyə mənsub olduqlarını bəyan edə bilərlər. Dövlətlərin ərazi bütövlüyü prinsipinin qorunub saxlanması son dərəcə vacibdir”, - deyə o vurğulayıb.

Gülayə Mecid