İsrail Prezidenti İsaak Herzoq İranı regional və qlobal stabilliyi pozmaqda ittiham edib.

"Unikal" xəbər verir ki, o, bu barədə İsrail dövlət başçısı Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsində deyib.

"Baş verən müharibə yalnız İsrail və HAMAS arasında deyil, dünya bunu görməlidir, Tehrandan gələn şər imperiyası silahlara milyardlar xərcləyir ki, dünyanın və regionun stabilliyini pozsun. İranın regionda proksiləri var və onlar dünyada stabilliyə, sülh prosesinə yönəlmiş addımlarla təhdid edirlər", - İsrail Prezidenti deyib.