"Ermənistan və Azərbaycan ərazisində əlaqələr və marşrutlar açılacağı təqdirdə, ölkələr suverenliyi və ədaləti tam qoruyacaq". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

XİN rəhbəri yanvarın 18-də keçirdiyi mətbuat konfransında deyib: "Son günlər Ermənistan və Azərbaycan liderləri ictimai şərhlərində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaq mövzusuna toxunublar. Üstəlik, baş nazir Paşinyan haradasa Ermənistanda Zəngəzur dəhlizinin qəti əleyhinə olduqlarını bildirib. Putin, Əliyev və Paşinyanın əldə etdiyi razılaşmalar çərçivəsində "Zəngəzur dəhlizi" heç vaxt xatırlanmayıb". 

Lavrov həmçinin onu da deyib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında irəliləyişin olmaması Qərbdən məsləhət alan İrəvanın mövqeyi ilə bağlıdır: "Mən səbəbi İrəvanın mövqeyində görürəm. İrəvana kimin məsləhət verdiyini bilmirəm. Amma biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ dərhal anladı ki, Rusiya-Ermənistan-Azərbaycan prosesi öz nəticəsini verir. Həm marşrutların açılması, həm sərhədlərin demarkasiyası, həm də sülh müqaviləsinin hazırlanması zamanı onlar dərhal dəvət olmadan bu proseslərə qarışmağa başlayıblar". 

Ağarza Elçinoğlu