Müğənni Günay İbrahimli artıq çəkidən xilas olmağa çalışır.

"Unikal" xəbər verir ki, sənətçi son günlər ciddi pəhrizə başladığını bildirib. Günay qeyd edib ki, hər gün pəhriz yeməkləri yeyir və idmanla məşğul olur.

"Görək pəhriz neçə gün davam edəcək. 16 il məşq et və 1 il etmə. Çox böyük səhv etmişəm. Qəti sürətdə həftədə ən az 2 dəfə də olsa məşq etmək lazımdır. Həm mənəvi həm də fiziki olaraq çox gözəl təsir edir" deyə, sənətçi arıqlama sirrini izləyicilərlə bölüşüb.