"Bakı Rusiya ərazisində İrəvanla sülh sazişi imzalamağa hazırdır, İrəvanın mövqeyi məlum deyil". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

XİN rəhbərinin sözlərinə görə, Qərb tərəfdaşları Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər: "Bu da faktdır ki, Azərbaycan faktiki olaraq münaqişənin dayandırılması və bütün məsələlərin həlli üçün bütöv əməkdaşlıq sisteminin qurulması səylərinin başladığı Rusiya ərazisində bunu imzalamağa hazırdır. Ermənistanın paytaxtına çoxdan müvafiq impulslar göndərilsə də, İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm". 

Ağarza Elçinoğlu