Cənubi Koreyada deputat  prezident Yoon Suk Yeolun əlini buraxmadığı üçün təhlükəsizlik qüvvələri tərəfindən tədbirdən qovulub. 

"Unikal" xəbər verir ki, müxalif deputat Kanq Sung-hee prezident Yoonun da qatıldığı Coonju şəhərindəki Sori İncəsənət Mərkəzində keçirilən mərasimə qatılıb. Əl sıxma zamanı prezident Yoonun əlini buraxmayan Kang mühafizəçilər tərəfindən zaldan atılıb. 

Baş verənlərlə bağlı mətbuata açıqlama verən Prezidentlik rəsmisi sözügedən deputatın qışqıraraq Yoonun əlini buraxmadığını bildirib. Rəsmi bildirib ki, Kang əl sıxma zamanı davranışına görə təhlükəsizlik qüvvələri tərəfindən xəbərdarlıq edilib. 

Kanq isə hadisə ilə bağlı mətbuata açıqlamasında Yoona yalnız "dövlət işlərinin prinsipini dəyişməsini" istədiyini, əks halda xalqın narazı qalacağını bildirib. Mühafizəçilərin onu çölə çıxardığını bildirən Kanq, ağzının bağlı olduğunu və eynəyinin əlindən alındığını bildirib. 

Gülayə Mecid