Ermənistan Azərbaycandan Naxçıvana yolun öz ərazisindən keçməsi kontekstində Zəngəzur bölgəsində rus sərhədçilərini yerləşdirmək istəmir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Ermənistan noyabrın 9-da imzalanmış sazişdə qeyd olunan Zəngəzur dəhlizinin açılması ilə bağlı çətinlik çəkir: "Onlar istəmirlər ki, orada rus sərhədçiləri yerləşdirilsin. Bunu baş nazir Paşinyan qeydə alıb imzalasa da, onlar neytral gömrük və sərhəd nəzarəti istəmir və bu bizim razılaşdığımızla ziddiyyət təşkil edir". 

XİN rəhbəri vurğulayıb ki, Ermənistan üçün bu qədər praktik və faydalı olan Zəngəzurdan keçən marşrutun açılmasının indiyədək kağız üzərində qalması çox təəssüf doğurur: "Deməyə bütün əsaslarım var ki, Qərb Moskvanın vasitəçiliyi ilə İrəvanla Bakı arasında əldə olunan razılaşmaların həyata keçirilməsini istəmir". 

Ağarza Elçinoğlu